Stokholmda “Tumurcuq” açılıb

Stokholmda “Tumurcuq” açılıb
  13 İyul 2018    Oxunub:30004
İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaqlar və yeniyetmələr üçün “Tumurcuq” Azərbaycan-İsveç Dram və Teatr Dərnəyi fəaliyyətə başlayıb.
Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürkün verdiyi məlumata görə, dərnəyə 6 yaşından yuxarı uşaqlar üzv ola bilərlər. Məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini qorumaq və gələcək nəsillərə ötürmək, həmçinin yaşatmaqdır.

Dərnək İsveçdə yaşayan həmvətənlillərdən dəstək gözləyir. Teatrın bədii rəhbəri və rejissoru İsveçdə yaşayan diaspor fəalı Sevinc Nəzərlidir. Teatrın musiqi bölməsinə İsveçdə yaşayan pianinoçu Vüsalə Bağırova rəhbərlik edəcək. Teatrda Azərbaycan ədəbi əsərləri səhnələşdiriləcək. Teatr Stokholm Türk Teatrının rejissoru Burcu Ada Soysopun təşəbbüsü ilə yaradılıb. Teatrın loqosunu isə Serdar Yayqın hazırlayıb.



Teqlər:





Xəbər lenti