DÇ-2018: Belçika dünya üçüncüsü oldu

DÇ-2018: Belçika dünya üçüncüsü oldu
  15 İyul 2018    Oxunub:10809
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda görüşdə Belçika və İngiltərə yığma komandaları üz-üzə gəliblər.
AzVision.az xəbər verir ki, Sankt-Peterburq şəhər stadionunda keçirilən oyunu iranlı referi Əlireza Faqani idarə edib.

Görüşdə Belçika millisi 2:0 hesabı ilə qalib gələrək çempionatın bürünc medallarına sahib olub.

Qeyd edək ki, Belçika millisi tarixdə ilk dəfə dünya çempionatını medalla başa vurub. İngiltərə yığması isə 28 il əvvəl olduğu kimi, yenə də medalsız qalıb.

AzVision.az


Teqlər: DÇ-2018   Belçika   İngiltərə  





Xəbər lenti