1 ayda 33 nəfər suda boğularaq ölüb, 90-ı xilas edilib - (VİDEO)

1 ayda 33 nəfər suda boğularaq ölüb, 90-ı xilas edilib - (VİDEO)
  16 İyul 2018    Oxunub:3003
15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, çimərlik mövsümü başlayandan (15 iyundan) iyulun 15-nə qədər 33 nəfər suda boğularaq ölüb. Bir ay ərzində 90 nəfər suda boğulmaqdan xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bu müddət ərzində Bakıda 73, Mingəçevirdə 4, Neftçalada 1, Yevlaxda 1, Nabranda 3, Şirvanda 3, Lənkəranda 1, Sumqayıtda 4 batmaq təhlükəsi olan şəxsi xilas edib.



Həmçinin Sumqayıtda 2, İmişlidə 1, Zərdabda 1, Yevlaxda 1, Lerikdə 1, Bakıda 13, Sabirabadda 1, Xaçmazda 3, Abşeronda 1, Hacıqabulda 1, Lənkəranda 1, Ağcabədidə 1,Şəmkirdə 6 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib.

Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Anar Kəlbiyev
AzVision.az






Teqlər: FHN   Dəniz   Boğulma  





Xəbər lenti