46 min müəllim imtahan verəcək

46 min müəllim imtahan verəcək
  16 İyul 2018    Oxunub:2305
Bu gündən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.
AzVision.azxəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib. Onun sözlərinə görə, imtahanlar 13 gün davam edəcək:" İyul ayının 31 axırıncı test imtahanı keçiriləcək. Bu gün daxil olmaqla növbəti üç gün ərzində ibtidai sinif müəllimlərinin imtahanı nəzərdə tutulub. Daha sonra digər fənn müəllimlərinin imtahanı keçiriləcək. Ümumilikdə müsabiqəyə 50 min 697 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərdən 46 min 839 namizədin elektron ərizəsi təsdiq edilib. Gün ərzində imtahanlar dörd mərhələ şəklində təşkil olunur və 90 dəqiqə davam edir. Bu müddət ərzində namizədlər 60 sualı cavablandırmalıdırlar".

Murad Camalzadə qeyd edib ki, bir gündə 4 min nəfərə yaxın insanın imtahan verməsi üçün hər bir şərait yaradılıb:"İmtahanın ilk günü ərzində namizədlərin davamiyyəti 90 faiz olub. Növbəti mərhələ vakant yerlərin seçim mərhələsidir. Test imtahanından keçənlər növbəti mərhələdə iştirak edə biləcəklər. Hazırda Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzi tərəfindən vakant yerlərin toplanması prosesi gedir.

Yerli təhsil idarəetmə orqanları vakant yerlər barədə məlumatları mərkəzə təqdim edirlər. Hazırda 6 mindən artıq vakant yer müəyyən edilib. Təxminən 500 ə yaxın vakant yer Bakı şəhəri üzrədir. Proses davam etdiyi üçün yekun rəqəm demək çətindir. Avqustun ikinci yarısında bütün proses tam olaraq yekunlaşacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   muellim  





Xəbər lenti