Türkiyə ilə sərhəddə divar tikiləcək

Türkiyə ilə sərhəddə divar tikiləcək
  17 Oktyabr 2013    Oxunub:1048
Divar sərhədçilərin işinin effektivliyini artırmaq məqsədilə inşa olunacaq
Bolqarıstan hökuməti Türkiyə ilə Bolqarıstan sərhədinin 30 kilometrliyində yerləşən Yambolskaya ərazisindən keçən sərhədin divarla əvəzlənməsinə qərar verib. Bu barədə Bolqarıstanın daxili işlər nazirinin müavini Vasil Marinov məlumat verib.

Onun sözlərinə görə, divar sərhədçilərin işinin effektivliyini artırmaq məqsədilə inşa olunacaq.

“Hasarı tikməkdə məqsədimiz ölkəmizə gələn qaçqınların qarşısını almaq deyil, biz bu cür siyasətin əleyhinəyik”-deyə nazir müavini bildirib.
Bolqarıstan hökuməti hasarın inşasına, 5 milyon lev (2,5 milyon avro) ayırıb. Bununla yanaşı, hökumətin 21 oktyabrda nəzərdə tutulmuş növbədənkənar iclasında, Yaxın Şərqdən və Şimali Afrikadan gələn miqrantalar üçün 27 milyon lev (13,5 avro) məbləğində vəsait ayrılması da nəzərdə tutub. Bolqarıstan Daxili İşlər Nazirliynin məlumatına görə, hazırda ölkədə 6,5 min qaçqın var ki, onların əksəriyyəti Suriyadan qaçanlardır.

AzVision.az


Teqlər:





Xəbər lenti