Zidan “Yuventus”da çalışacaq

Zidan “Yuventus”da çalışacaq
  18 İyul 2018    Oxunub:12809
“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın “Yuventus” klubunun idman direktoru olacaq.
Zidanın oktyabrda fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, Zidan “Real”ın baş məşqçisi postunu mayın 31-də tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə klublararası dünya çempionatının, bir dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub. Bundan əlavə, “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu da “Yuventus”a keçib.

AzVision.az


Teqlər: Zidan  





Xəbər lenti