“Qarabağ” ÇL-da mərhələ adladı - Yenilənib

 “Qarabağ” ÇL-da mərhələ adladı - Yenilənib
  19 İyul 2018    Oxunub:17139
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında ikinci oyununa çıxıb.
Turnirin birinci seçmə mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Sloveniyanın “Olimpiya” komandasını qəbul edirb.

Görüş qolsuz bərabərliklə başa çatıb. Komandalar arasında ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazandığından Ağdam klubu növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, "Qarabağ" növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: UCL   Qarabağfk   Olimpiya  





Xəbər lenti