Bir gecədə 12 min miqrant tutuldu

Bir gecədə 12 min miqrant tutuldu
  17 Oktyabr 2013    Oxunub:1075
150-yə yaxın miqrant inzibati cəzaya cəlb ediləcək.

Moskvada bir gecədə 12 min xarici vətəndaş saxlanılıb. Bu barədə AzVision.az Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Nazirliyin məlumatına görə, saxlanılan 12 min miqrantdan 140 nəfərdən çoxu miqrantlar haqqında qanunu kobud şəkildə pozub, odur ki, onları inzibati cəza gözləyir.

Rusiya mətbuatının məlumatına görə, təkcə Şərqi Biryuvada keçirilən əməliyyat zamanı 150-dən çox xarici vətəndaş saxlanılıb.

Qeyd edək ki, miqrantların saxlanılmasına Biryulovo rayonunda Rusiya vətəndaşı 25 yaşlı Yegor Şerbakovun qətlindən sonra başlanılıb. Şerbakovun azərbaycanlı Orxan Zeynalov tərəfindən qətlə yetirildiyi iddia olunur. Orxan Zeynalov qətli törətdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti