Kseniya Sobçak Orxan Zeynalovu yaxalayan rus polisini ələ saldı

Kseniya Sobçak Orxan Zeynalovu yaxalayan rus polisini ələ saldı
  17 Oktyabr 2013    Oxunub:1334
“Qısası, belə görünür ki, bizim Bin Laden yaxalandı"
Məşhur rusiyalı teleaparıcı Kseniya Sobçak Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun xüsusi təyinatlılar tərəfindən həbsi prosesini əks etdirən videoçəkilişi ələ salıb.

AzVision.az-ın məlumatına görə, Sobçak bu videoçəkilişi əvvəlcədən hazırlanmış proqram kimi xarakterizə edib. Telejurnalist O.Zeynalovun tutulma səhnəsinə baxaraq onu rejissor Fyodr Bondarçukun yaradıcılığı, Orxan Zeynalovu isə Bin Laden ilə müqayisə edib.

“Belə bir təəssürat yaranır ki, Zeynalovun saxlanma səhnəsinin prodüseri Rodnyanskidir, çəkiliş isə Fyodr Bondarçuka məxsusdur”, - deyə Sobçak şəxsi Twitter səhifəsində yazıb.

“Qısası, belə görünür ki, bizim Bin Laden yaxalandı. Ölkə qurtuldu. Getdim yatmağa”.

Xatırladaq ki, Fyodr Bondarçuk Rusiyanın tanınmış kinorejissorudur. O, kəskin süjetli filmlərin müəllifidir.

S. Həsənova


Teqlər:





Xəbər lenti