"Neftçi"dən Avroliqada biabırçı nəticə - VİDEO

"Neftçi"dən Avroliqada biabırçı nəticə - VİDEO
  20 İyul 2018    Oxunub:14190
“Neftçi” Avropa Liqasında mübarizəni 1-ci təsnifat mərhələsində dayandırıb.
AzVision.az xəbər verir ki, təmsilçimiz cavab matçında Macarıstanda “Uypeşt”in qonağı olub.

Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn “Neftçi” üstünlüyünü qoruya bilməyib. Təmsilçimizin qapısından 4 cavabsız qol keçirən "Uypeşt" mərhələ adlayan tərəf olub.

Qeyd edək ki, Macarıstan təmsilçisi 2-ci təsnifat mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Avropa-Liqası   Neftçi  





Xəbər lenti