700 bal toplayan oğlan: “Çox həyəcanlı idim” (FOTO)

700 bal toplayan oğlan: “Çox həyəcanlı idim” (FOTO)
  20 İyul 2018    Oxunub:38188
Bakıda yerləşən 297 nömrəli tam orta məktəbin məzunu Anar Abıyev iyulun 18-də keçirilən qəbul imtahanında birinci ixtisas qrupu üzrə 700 bal toplayıb.
İki il "Zəfər" kurslarında hazırlaşan rekordçu abituriyent AzVision.az-a açıqlamasında bundan öncəki imtahanda 677 bal topladığını deyib:

"11 il ərzində məktəbdə qiymətlərim yaxşı olub.Bu arada, məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Son iki ildə "Zəfər" kurslarında qəbul imtahanına hazırlaşmışam. Yaz imtahanında 677 bal toplamışdım. Bu dəfə imtahandan sonra, cavablar çıxana kimi çox həyəcanlı idim".



Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 18-də keçirdiyi imtahanda I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: 700-Bal   İmtahan  





Xəbər lenti