Cüdoçularımız Çexiyada 8 medal qazanıb

Cüdoçularımız Çexiyada 8 medal qazanıb
  22 İyul 2018    Oxunub:12569
Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışı keçirilir. Mötəbər turnirin ilk günü millimiz üçün uğurlu olub. Belə ki, təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Rövşən Əliyev (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) Avropa Kubokunun gümüş medallarına yiyələniblər. Tofiq Məmmədov (60 kq), Nurlan Osmanov (66 kq), Ramilə Əliyeva (44 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.

Bununla da, millimiz Avropa Kuboku yarışının birinci günündə medalların əyarına və sayına görə ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: Cüdo   Medal  





Xəbər lenti