“Qarabağ” 200 min dollara hücumçu alır

“Qarabağ” 200 min dollara hücumçu alır
  22 İyul 2018    Oxunub:15375
"Bursaspor"un hücumçusu Dzon Delarge karyerasını "Qarabağ"da davam etdirə bilər.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 26 yaşlı konqolu futbolçunun transferi üçün Ağdam klubunun 200 min dollar təzminat ödəyəcəyi bildirilir. Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Dzon Delarge son vaxtlar daha çox şəxsi həyatı ilə gündəmdə olduğundan adı "Bursaspor"un heyətinə daxil edilməyib.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti