UEFA-dan Əliyar Ağayevə təyinat

UEFA-dan Əliyar Ağayevə təyinat
  22 İyul 2018    Oxunub:13009
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-2019 mövsümündə baş hakim kimi ilk təyinatını alıb.
Referi Qazaxıstanın "Kayrat" və Hollandiyanın AZ komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olacaqlar. Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da Almatıda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

AzVision.az


Teqlər: UEFA   Əliyar-Ağayev  





Xəbər lenti