Pele göz yaşların saxlaya bilmədi – FOTO

  17 Oktyabr 2013    Oxunub : 688
Pele göz yaşların saxlaya bilmədi – FOTO
Pele haqqında 15 kq-lıq kitabın təqdimat mərasimində məşhur futbolçu ağlamağın saxlaya bilmədi.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki Braziliyada məşhur futbolçu Pele haqqında yeni kitab nəşr olunub. "1283" adlanan (Pelenin karyerası ərzində vurduğu qolların sayı) kitabın çəkisi 15 kq-dır. Kitabın təqdimat mərasimində 72 yaşlı futbolçu çıxış edib. Məşhur futbolçu ona olunan bu diqqətdən və ola bilər cavanlıq illərin yada salaraq göz yaşların saxlaya bilməyib.

500 səhifədən ibarət kitab 500 fotoşəkil və Pelenin karyerası haqqında 1283 məqalədən ibarətdir.

Kitabın tirajı 1283 nüsxə təşkil edib ki, onların hər biri futbolçu tərəfindən imzalanıb. Kitab iki variantda nəşr olunub. "Adi" nəşrin qiyməti 1700 dollar, Pelenin fotoşəkli və avtoqrafının daxil edildiyi xüsusi nəşrin qiyməti isə 2600 dollar təşkil edəcək.

Foto


Teqlər: