"Formula 1"-in yeni rekordu müəyyənləşdi
"Renault" şirkəti "Formula 1" yarışlarında 1977-ci ildən etibarən iştirak edir və V6, V10 və V8 turbin mühərriklərin dövrünü yaşayıb. Bu gün "Renault" mühərrikli bolidlər 160 Qran-pri yarışmasının və 11 Konstruktor Kubokunun qalibi olub, "Renault" mühərriki ilə çıxış edən 7 pilot isə 10 çempion titulunu qazanıb.
"Renault Sport F1"in icraçı direktoru Rob Uayt (Rob White) deyib: "Bunu sadəcə rəqəm olduğunu söyləmək olar, lakin bu, həmçinin, "Renault"nun bütün əməkdaşlarının fəxr etməsi üçün səbəbdir. Biz 1977-ci ildən etibarən müntəzəm olaraq idman avtomobillərini poul-mövqelərə çıxararaq, qrupun nəinki təcrübəsini, hətta sürətli avtomobillərin yaradılmasında komandalarla qarşılıqlı əməkdaşlığımızı nümayiş etdiririk. Biz diqqətimizi ən yaxşı avtomobillərin yaradılması üçün şassi istehsalçılarını lazım olan vəsaitlərlə təmin etməyə yönəltmişik. Bu Əməkdaşlıq çərçivəsində minimal kompromislərlə faydalı həllər tapmağa çalışmışıq. Və biz bu ənənəni birinci V6 mühərrikindən və bir neçə həftədən sonra sonuncu yürüşünə çıxacaq V8 mühərrikinədək qoruyub saxlamışıq. Sözügüdən rekord qarşıda gələn yeni nəsil V6 turbin mühərriklər dövründə yeni uğurlar yüksəkliyində qalmağımıza təşəbbüs yaradır".
Qeyd edək ki, "Renault" 1977-ci ildən "Formula 1" yarışlarında iştirak edir.
Teqlər: