Fidan Hacıyeva imtahanda 60 bal toplayıb - FOTO

Fidan Hacıyeva imtahanda 60 bal toplayıb - FOTO
  23 İyul 2018    Oxunub:79212
Təhsil Nazirliyi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə imtahanında iştirak edən namizədlərdən biri maksimum nəticə göstərib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, riyaziyyat fənni üzrə qəbul imtahanında Fidan Hacıyeva 60 bal toplayıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.



Aytən Zəhra
AzVision.az



Teqlər: Təhsil-Nazirliyi   İmtahan   Müəllim  





Xəbər lenti