UEFA-dan azərbaycanlı hakimə təyinat

UEFA-dan azərbaycanlı hakimə təyinat
  23 İyul 2018    Oxunub:12867
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
AzVision.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qradski” stadionunda keçiriləcək “Sutjeska” – “Alaşkert” oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, matç iyulun 26-da Monteneqronun Nikşiç şəhərində keçiriləcək.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti