İki yazıçımız Rusiyada vacib tədbirə qatılıblar

İki yazıçımız Rusiyada vacib tədbirə qatılıblar
  23 İyul 2018    Oxunub:28617
İyulun 18-də Moskvada İctimai Palatanın binasında Rusiya Xalqları Assambleyasının 20 illiyinə həsr olunmuş Rusiya Xalqları Konqresi öz işinə başlayıb, iyulun 19-da isə Moskva Hökumət Evinin binasında Avrasiya Millətlər Assambleyasının Ali Şurasının növbədənkənar yığıncağı keçirilib.
Tədbirlərdə Assambleyaların idarə aparatı nümayəndələri ilə yanaşı, Rusiya Federasiyasının federal və regional hakimiyyət nümayəndələri, bir neçə ölkənin səfirləri, mədəniyyət və elm xadimləri iştirak ediblər. Azərbaycandan tədbirlərə yazıçılar Varis Yolçuyev və Əlibala Məhərrəmzadə dəvət olunublar.

Proqrama təntənəli iclaslar, diskussiya meydançaları, sərgilər, multimedia təqdimatları, dəyirmi masalar daxil edilib. Xalqlar arasında mədəniyyət, elm və təhsil, idman sahəsində qarşılıqlı əlaqə barədə bir sıra razılaşmalar əldə olunub.

İclaslarda Assambleyaların son bir ildəki fəaliyyət hesabatları dinlənilib, cari perspektiv planlar müzakirə olunub. Eləcə də birgə telelayihələrin vacibliyi vurğulanıb, bu layihələrə payız aylarından start veriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, telelayihələrin ilk buraxılışlarında Avrasiya xalqlarının, o cümlədən də, Azərbaycanın tarixindən, mədəniyyətindən, məişətindən söz açılacaq.

Ayrıca Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının içlası, Avrasiyanın ədəbiyyat üzrə 2-ci LiFFt festivallar festivalının təşkilat komitəsinin mətbuat konfransı da keçirilib. Bu il Rusiyanın Soçi şəhərində 37 olkənin 170 yazıçısının iştirakı ilə keçirilən festivalın qalibi Azərbaycan yazıçısı Varis Yolçuyev olduğu üçün 2019-cu ildə növbəti festivalın qalibin vətənində keçiriləcəyi elan olunub. Eyni zamanda Varisin “Qızıl LiFFt” seriyasından çıxmış “Metamorfoz” kitabı da ictimaiyyətə və mediaya təqdim edilib.

Xatirladaq ki, 1-ci LiFFt festivallar festivalının qalibi məşhur qazax yazıçısı Oljas Süleymenov olmuşdu.



Teqlər:





Xəbər lenti