Təhsil Nazirliyi: "Bu məlumatların heç bir əsası yoxdur"

Təhsil Nazirliyi: "Bu məlumatların heç bir əsası yoxdur"
  23 İyul 2018    Oxunub:12041
"Ayrı-ayrı sosial şəbəkə istifadəçiləri müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin, eləcə də müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatlar verirlər. Bildirmək istərdim ki, bu məlumatların heç bir əsası yoxdur"
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. O bildirib ki, hazırda dövlət sifarişi əsasında regionlarda 8 fənnin (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika) məzmunu üzrə 120 akademik saatlıq ixtisasartırma təlimlərinə start verilib.

“Təlimlər dekabr ayınadək davam edəcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TIPII) bu prosesin monitorinqini və yekun qiymətləndirməsini təşkil edən qurum kimi fəaliyyət göstərir. Hazırda TİPİİ-də ödənişli əsaslarla təqdim edilən proqramların isə bu işə heç bir aidiyyəti yoxdur. Ödənişli təlimlərə müəllimlər könüllü qoşulurlar. Məsələn, "Həyat bilgisinin tədrisi metodikası" proqramı müəllimlərin çoxsaylı müraciətlərinə əsasən hazırlanıb və uğurla həyata keçirilir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti