Ağır atletimiz Avropa birincisi oldu
Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırmada 104 kiloqramı ram edərək doqquzuncu yeri tutub. Toplam 184 kiloqram (80+104) nəticə ilə Kamil Nəbiyev onuncu yerdə qərarlaşıb.
Murad Əliyev isə bu çəkidə Avropa birinciliyinin qalibi adını qazanıb. Birdən qaldırma hərəkətində 100 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən təmsilçimiz 118 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kiloqram (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
AzVision.az