600-dən çox bal toplayanların sayı artıb
AzVision.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Ekspert bildirib ki, onların arasında prezident təqaüdçüsü azı 695 bal toplayan olacaq.
K.Əsədov qeyd edib ki, IV ixtisas qrupu üzrə 690-700 bal arası toplayan abituriyentlərin sayı bu il 35 nəfərdir. Ötən il bu rəqəm isə 18 nəfər olub.
“650-dən çox bal toplayan abituriyentlərin sayı 329 nəfərdir. 2017-ci ildə bu rəqəm 235 nəfər idi. 600 baldan yuxarı nəticə əldə edən abituriyentlərin sayı 743 nəfərdir, ötən il bu rəqəm 556 nəfər idi. Bu il 500 dən çox bal toplayan abituriyentlərin sayı 1591 nəfər təşkil edir. 2017-ci ildə də bu rəqəm 1229 nəfər olub”.
Təhsil eksperti bildirib ki, I ixtisas qrupunda iştirak edən 27 min abituriyentin 13169 nəfəri 200 və daha çox , 16649 nəfəri 150 və daha çox bal toplayıb.
IV ixtisas qrupunda iştirak edən 5600 abituriyentdən 3726 nəfəri 200 və daha çox, 4079 nəfəri isə 150 və daha çox bal toplayıb.
Aytən Zəhra
AzVision.az