Növbəti monitorinq keçiriləcək

Növbəti monitorinq keçiriləcək
  24 İyul 2018    Oxunub:1141
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

AzVision.az


Teqlər: Cəbhə   Atəşkəs   Qarabağ  





Xəbər lenti