Keçmiş məhkum aptekə bıçaqla basqın edib

Keçmiş məhkum aptekə bıçaqla basqın edib
  24 İyul 2018    Oxunub:1583
​İyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. ​Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti