"Qarabağ" - "Kukesi" matçının biletləri satışda

"Qarabağ" - "Kukesi" matçının biletləri satışda
  24 İyul 2018    Oxunub:13005
"Qarabağ" klubu Çempionlar Liqasında II təsnifat mərhələsində Albaniya "Kukesi"si ilə keçirəcəyi cavab oyununun biletlərini satışa çıxarıb.
AzVision.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya ən ucuz bilet 1 manatadır. Digər biletləri sektorlara uyğun olaraq, 2 manat, 3 manat, 5 manat və 10 manata almaq olar. VİP biletlər isə 50 manatadır.

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Biletləri onlayn olaraq, iTicket.az saytından və 9 satış məntəqəsindən - Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə küçəsi, 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti - Nizami küç. (Nizami k/t yaxınlığı) və Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası) əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ” - "Kukesi” saat 21:00-da start götürəcək.

AzVision.az


Teqlər: futbol  





Xəbər lenti