Emeqara rəsmən "Qarabağ"da

Emeqara rəsmən "Qarabağ"da
  25 İyul 2018    Oxunub:14610
Ağdamın “Qarabağ” klubu yeni futbolçu transfer edib.
AzVision.az kluba istinadən xəbər verir ki, komandamız sabiq futbolçusu İnnosent Emeqaranı yenidən heyətinə qatıb. Futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb. Daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib. 2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddətdə yeddi oyunda dörd qol vurub. Ağdam komandasından ayrıldıqdan sonra ABŞ-ın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub. Emeqara İsveçrə millisində də doqquz oyunda meydanda olub.

AzVision.az


Teqlər: QarabağFK   Emeqara  





Xəbər lenti