Ağır atletimiz Avropa üçüncüsü oldu
İtaliyadakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən 2016-cı ildə Polşada keçirilmiş yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuş Füqan Əliyev 17 yaşadək oğlanların mübarizəsində 69 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
Körpücük üzərinə çıxan atletimiz birdən qaldırma hərəkətində 120 kiloqram çəkinin öhdəsindən gələrək bu hərəkətdə dördüncü yeri tutub. Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən F.Əliyev 151 kiloqramı ram edərək Avropa üçüncüsü olub.
Toplam 271 kiloqram (120+151) nəticə göstərən idmançımız yekun sıralamada da Avropa çempionatının bürünc medalını qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
AzVision.az