Sarkisyanın cangüdəni pulla azadlığa çıxdı

Sarkisyanın cangüdəni pulla azadlığa çıxdı
  25 İyul 2018    Oxunub:1800
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın şəxsi mühafizəçisi, general-mayor Vaçaqan Kazaryan 1 milyard dram (2 milyon dollar) girov müqabilində azadlığa buraxılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Kazaryan artıq həbsdən çıxıb.

Qeyd edək ki, Kazaryan iyunun sonunda həbs olunmuşdu. “Yunibank”ı tərk edərkən saxlanılan Kazaryanın üzərindən depozit hesabından çıxardığı 123 min dollar və 436 mln. dram (904 min dollar), onu müşayiət edən “Lexus” markalı avtomobildən isə 50 min dollar aşkarlanıb.

Kazaryan nağdılaşdırdığı vəsaitlərlə Milli Təhlükəsizlik Xidmətinə aparılıb. MTX-nın xəbərinə görə, o, saxlanıldığı gün “Ardşinbank”dakı hesabından 1,78 mln. dollar, həyat yoldaşının hesabından isə 1,43 mln. dollar çıxarmaq niyyətində olub.

AzVision.az


Teqlər: Kazaryan   Sarkisyan  





Xəbər lenti