“Qarabağ” Albaniya sınağında

“Qarabağ” Albaniya sınağında
  25 İyul 2018    Oxunub:13232
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
AzVision.az xəbər verir ki, Azərbaycan çempionu səfərdə Albaniyanın “Kukesi” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu norveçli Ola Hobber Nilsen idarə edəcək. Tom Harald Qronevik, Qeyr Oskar İsaksen baş hakimin köməkçiləri Kay Erik Stin isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər: QarabağFK   UCL  





Xəbər lenti