“Keşlə”nin yeni baş məşqçisi bəlli oldu

“Keşlə”nin yeni baş məşqçisi bəlli oldu
  25 İyul 2018    Oxunub:13496
“Keşlə” futbol klubunun yeni baş məşqçisi Müşahidə Şurasının bu gün keçirilən iclasından sonra bəlli olub.
Toplantıda baş məşqçi vəzifəsinə Mladen Milinkoviçin təyin edilməsinə dair qərar qəbul olunub. Serbiyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Keşlə”nin baş məşqçisi postunda Yuri Maksimovu əvəzləyən Milinkoviçin 50 yaşı var. Onun sonuncu iş yeri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniyanın "Kukesi" komandası olub.

AzVision.az


Teqlər: Keşlə  





Xəbər lenti