“Qarabağ” “Kukesi” ilə heç-heçə etdi - Yenilənib

“Qarabağ” “Kukesi” ilə heç-heçə etdi - Yenilənib
  26 İyul 2018    Oxunub:15936
Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
AzVision.az xəbər verir ki, turnirin ikinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Albaniyada “Loro Boriçi” stadionunda yerli “Kukesi” komandasının qonağı olub.

Maraqlı epizodlarla yadda qalan oyunda hesab açılmayıb. Təmsilçimiz rəqib meydanından bərabərliklə ayrılıb.

Qeyd edək ki, duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasında üstün olacaq komanda ilə görüşəcək.

Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər: QarabağFK  





Xəbər lenti