Leyla Əliyeva “Jara-2018”də - FOTOLAR

  26 İyul 2018    Oxunub : 22448
Leyla Əliyeva “Jara-2018”də - FOTOLAR
Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi olub.

Qırmızı xalıdan Qlyuk’oza, Qriqori Leps və Cosmos girlrs, Artik & Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, Qradusı qrupu, Emin Ağalarov, Sergey Kojevnikov, Lyubov Uspenskaya və başqaları keçiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Jara-2018”in fəxri qonaqları arasındadır. Qırmızı xalıdan keçən Leyla Əliyevanı aparıcı “Jara” festivalının muzası kimi təqdim edib. Aparıcının festivalın bu adını daşımağın çətin olub-olmaması ilə bağlı sualına Leyla Əliyeva bundan məmnun qaldığını bildirib və hamıya gözəl axşam arzulayıb.

Qeyd edək ki, festivalın təşkilatçıları Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.











AzVision.az

Teqlər: Leyla-Əliyeva   Jara