Topaz Premyer Liqasının püşkü atılıb

Topaz Premyer Liqasının püşkü atılıb
  27 İyul 2018    Oxunub:11477
İyulun 27-də Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün püşkü atılıb.
AzVision.az AFFA-nın saytına istinadla xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən 27-ci ölkə çempionatının ilk turunda sonuncu çempion “Qarabağ” klubu “Zirə” komandası ilə qarşılaşacaq.

“Qəbələ” doğma meydanda “Səbail”, “Keşlə” isə “Sabah” klubu ilə üz-üzə gələcək. “Sumqayıt” komandası isə “Neftçi” klubunu qəbul edəcək.

Topaz Premyer Liqasının birinci turunun görüşləri avqustun 11-də və 12-də keçiriləcək.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti