Rusiyalı diplomatların evi qarət olundu
AzVision.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə evin ayrı-ayrı mənzillərində əsasən səfirliyin əməkdaşları yaşayır.
Xatırladaq ki, iki ölkə arasında narazılıq Haaqada rusiyalı deputatın döyülməsi və yerli polis tərəfindən saxlanmasından sonra yaranıb. Qonşularının verdiyi məlumata görə, səfirliyi müşaviri Dmitriy Borodin uşaqlarla sərt rəftar edib. Buna görə, diplomatik statusuna rəğmən yerli polislər Borodini döyərək polis məntəqəsinə aparıblar. Bir müddət sonra Hollandiya hökuməti, Rusiyadan toxunulmazlığı olan nümayəndəsinin saxlamağa görə rəsmi qaydada üzr istəyib. Lakin diplomatı döyən polisləri cəzalandırmaqdan imtina edib.
Oktyabrın 16-da isə Hollandiyanın Rusiyadakı səfirinin müavini Onno Elderenboş Moskvadakı mənzilində döyülüb. Özlərini elektrik kimi təqdim edən iki naməlum şəxs diplomatı əzişdirdikdən sonra əl-qolunu bağlayıb və heç bir qiymətli əşya və ya pul götürmədən mənzili tərk ediblər. Yalnız güzgünün üzərində “LQBT”(regionlararası qeyr- hökumət hüquq-müdafiə təşkilatı) yazıblar.
S.Həsənova