“Repetitor yanına getməmişəm” - 700 bal toplayan Selcan
"Çox sevindirici xəbər idi, sözlə ifadə etmək mümkün deyil. Qeyd edim ki, xüsusi repetitor yanına getməmişəm. Məktəbdə yüksək qiymətlərlə oxumuşam və 11 il müddətində əlaçı olmuşam. Bir sözlə, məktəb müəllimləri və bəzi fənlərdən qohum müəllimlərin yanına getmişəm. Olimpiadalarda iştirak edirdim, amma özüm hazırlaşdığım üçün bütün diqqətimi qəbul imtahanına verirdim".
S. Məmmədli yaz qəbul imtahanında 690 bal toplayıb. O, ədəbiyyat fənni üzrə iki texniki səhv nəticəsində 700 bal toplaya bilməyib.
"Suallar mənim üçün o qədər də çətin olmayıb. Bütün sualları rahat cavablandıra bilirdim. Sadəcə iki texniki səhv məni 700-dən ayırdı. Buna baxmayaraq, ikinci imtahanda daha diqqətli olub, maksimum nəticə əldə etdim".
Rekordçu qız Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almaq istədiyini qeyd edib.
AzVision.az