Evdən qovulan 70 yaşlı kişiyə dövlət sahib çıxdı - (VİDEO)

  31 İyul 2018    Oxunub : 1457
Evdən qovulan 70 yaşlı kişiyə dövlət sahib çıxdı - (VİDEO)
Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.



Qurum rəsmisi bildirib ki, son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda Y.Quliyev Qocalar evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub.

Nazirlik əməkdaşları həmin videodan sonra Y.Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər.

Bundan sonra o, burada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq.

AzVision.az

Teqlər: ƏƏSMN   Qocalar-Evi