Bakının Nəsimi rayonunda yerləşən "Caspian Plaza" biznes mərkəzində yanğın olub.
AzVision.az xəbər verir ki, yanğın binanın 8-ci mərtəbəsində elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Binada olan şəxslər təxliyə olunub. Qısa müddətdə yanğının qarşısı alınıb.