Köçəryanın həbsi siyasi gərginliyə səbəb oldu
Vurğulanıb ki, Köçəryana qarşı qaldırılmış cinayət işi daxili siyasi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq: “Əsassız ittiham cəmiyyətdə parçalanma meyillərinin güclənməsinə səbəb olur ki, bu da Ermənistanın və “Artsax”ın ətrafında cərəyan edən təhlükəli hadisələr fonunda ciddi narahatlıq doğurmaya bilməz”.
Ermənistan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağıran deputatlar qeyd ediblər ki, sabiq prezidentə qarşı qaldırılan cinayət işi konstitusiyaya zidd olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunu daha da aşağı salacaq.
AzVision.az
Teqlər: Ermənistan Köçəryan