Rusiyada “Qarabağ” futbol klubu yaradıldı

Rusiyada “Qarabağ” futbol klubu yaradıldı
  31 İyul 2018    Oxunub:13816
Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar.
Klubdan bildirilib ki, Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır.

“Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir. Üçüncü tur sentyabr ayında keçiriləcək.

AzVision.az


Teqlər: QarabağFK   Klub   Rusiya  





Xəbər lenti