"Mən həmişə demişəm ki..." - Qurban Qurbanov

"Mən həmişə demişəm ki..." - Qurban Qurbanov
  01 Avqust 2018    Oxunub:13058
"Sabah çox vacib oyuna çıxacağıq. Baxmayaraq ki, səfər oyununda qolsuz bərabərlik olub. Mən həmişə demişəm ki, ev komandası üçün öz meydanında 0:0 hesabı pis nəticə deyil. Hər vurulan və buraxılan qol nəticəyə təsir edəcək. Diqqətli, ehtiyatlı olmalıyıq"
AzVision.az xəbər verir ki, bunu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında sabah Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, qalib gəlmək üçün əlimizdən gələn ən yaxşısını etməyə çalışacağıq.

"Hər şeyə diqqət yetirməliyik. Oyunun gedişatında hər epizoddan düzgün yararlanmağa çalışacağıq. Addımlar atırıq, qol vurmaq üçün hücumlar edəcəyik. Belə oyunlarda, ümumiyyətlə, qolların sayı az olur. Hər bir halda qol vurmaq haqda da düşünürük və yaranmış boşluğu aradan qaldırmaq üçün çalışacağıq. Futbolçuların hamısı tam hazırdır. Çalışırıq ki, bəzi detalları daha yaxşı edək. Rəqib də oyuna ciddi hazırlaşır. Ümid edirik ki, sabah sərfəli nəticə olacaq", - deyə Q.Qurbanov vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti