Güləşçimiz Avropa çempionatının finalında
Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançıları olub.
Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ü.Qənizadə finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.
Yarımfinalda uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb. Final görüşləri avqustun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
AzVision.az
Teqlər: Avropa-Çempionatı