Məmmədyarov dünya çempionunu məğlub etdi - 10 ildən sonra

Məmmədyarov dünya çempionunu məğlub etdi - 10 ildən sonra
  01 Avqust 2018    Oxunub:12824
İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir keçirilir.
AzVision.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yarışın başa çatmasına bir tur qalmış turnirin qalibi olub.

Belə ki, partiyanın doqquzuncu turunda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb. Bu qələbə ilə 7 xala yiyələnən Məmmədyarov Karlseni üstələyərək turnirin qalibi olub.

Qeyd edək ki, Məmmədyarov son 10 ildə ilk dəfədir Karlseni klassik şahmatda məğlub edib.

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov  





Xəbər lenti