Heydər Əliyev Fondu Pakistanda bayram keçirib - FOTO

Heydər Əliyev Fondu Pakistanda bayram keçirib - FOTO
  19 Oktyabr 2013    Oxunub:1547
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda Qurban bayramı ilə əlaqədar tədbirlər keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata əsasən, Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor şəhərlərində, həmçinin zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətində UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.

AzVision.az Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Fəyzabad şəhərində yerləşən Ancumen Faiz Ul İslam (AFUİ) kimsəsiz uşaqlar evində təşkil olunmuş mərasimdə Pakistan Senatının səhiyyə, qaydalar və əlaqələndirmə komitəsinin sədri senator Zəfər Əli Şah, senator Səidə İqbal, senator Nuzhat Sadıq, senator Nəcmə Həmid, Milli Assambleyanın deputatı Tahirə Ouranqzeyb, senat administrasiyasının rəhbəri İftixarulla Babar, AFUİ-nin prezidenti Mian Sadıq Əkbər, birinci vitse-prezidenti Əziz Haşimi, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban xanım Əliyevanın adından tədbir iştirakçılarını Qurban Bayramı münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən senator Zəfər Əli Şah, senator Səidə İqbal və AFUİ-nin Prezidenti Mian Sadiq Əkbar Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistan xalqına göstərdiyi diqqətə görə dərin minnətdarlığını bildirib və Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, islam dəyərlərinə sadiqliyinin göstəricisi olduğunu qeyd edib.

Pakistan senatının administrasiyasının rəhbəri İftixarulla Babar 9 oktyabr Prezident seçkilərini müşahidə etmək üçün parlament nümayəndə heyəti tərkibində Azərbaycana səfər etdiyini bildirərək, Prezident İlham Əliyevin azad seçkilərdə 85 faiz səslə yenidən ölkə başçısı seçildiyini qeyd etdi və Azərbaycanda gedən iqtisadi islahatlar, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr haqqında tədbir iştirakçılarına məlumat verildi. Natiq Pakistan nümayəndə heyətinin 15 seçki dairəsində seçki prosesini müşahidə etdiyini və seçkilərin tam demokratik və şəffaf şəkildə keçdiyini qeyd etdi.
Lahor şəhərində təşkil olunmuş mərasimdə çıxış edən Azərbaycan-Pakistan fondunun Prezidenti, Azərbaycan Diplomatik Akademiyanın (ADA) məzunu Naman Zəfər Çoudri Azərbaycan ilə Pakistan arasında mövcud olan qardaşlıq münasibətləri, ADA-da təhsil aldığı illərin xatirələri haqda danışıb.

Bəlucistan əyalətinin Dera Murad Camali bölgəsində təşkil olunmuş mərasimdə isə Bəlucistan parlamentinin sədri Mir Can Camali sentyabrın 24-də baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş, mütəmadi olaraq terrora məruz qalan və iqtisadi inkişafdan geri qalan əyalətdə belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğuladı. O bildirdi ki, bu tədbir çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir.

Qalereya




Teqlər:  





Xəbər lenti