"Qarabağ"ın oyunları canlı yayımlanacaq

"Qarabağ"ın oyunları canlı yayımlanacaq
  02 Avqust 2018    Oxunub:13718
"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarusun BATE klubuna qarşı keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.
Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu "CBC Sport"la efirə veriləcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - BATE matçı avqustun 7-i saat 21:00-da başlayacaq. 1 həftə sonra “Borisov Arena”da keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə 21:00-da start götürəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti