Səfirlikdən bildiriblər ki, səfərin məqsədi regionun yerli hakimiyyət strukturları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub.
Səfər zamanı V.Sadıqov Friuli-Venetsiya-Culiya regionunun qubernatoru xanım Debora Serrakkiani ilə görüşüb. D.Serrakkiani təmsil etdiyi regionun işgüzar və təhsil dairələrinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasından məmnunluğunu diqqətə çatdırıb.
V.Sadıqov Udine şəhərinin meri Furio Honsell ilə də görüşmüşdür. Görüşdə Azərbaycan və Udine arasında mədəni, elmi, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində diplomat Udinenin Ticarət və Sənaye Palatasında təşkil edilmiş “Azərbaycanda yeni biznes erası” mövzusunda biznes forumda iştirak edib.
Palatanın prezidenti Covanni Da Podzo yerli iş adamlarının geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiyini vurğuladı.
Səfir V.Sadıqov regionun işgüzar dairələri üçün nəzərdə tutulmuş, 70-ə yaxın iş adamının və KİV nümayəndəsinin iştirak etdiyi forumda Azərbaycan haqqında təqdimatla çıxış etdi. O, Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayülləri, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və prioritet inkişaf sahələri haqqında danışdı. Sonra səfir forum iştirakçılarının suallarına cavab verib
V.Sadıqov, həmçinin yerli KİV-lərə müsahibə verdi.