Orxan Zeynalovu ömürlük həbs gözləyir
Bundan əvvəl Yeqor Şerbakovun qətli ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə (yüngülləşdirici və ağırlaşdırıcı halların olmadığı qətl) maddəsi ilə cinayət işi başlanmışdı. Bu maddədə 15 il müddətinə azadlıqdan məhrumetmədən ağır cəza nəzərdə tutulmur.
Xatırladaq ki, Orxan Zeynalov bu gün elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. O, ümumiyyətlə, hadisə yerində olmadığını bəyan edib.