"Qarabağ" - BATE oyununa 15 min bilet satılıb

"Qarabağ" - BATE oyununa 15 min bilet satılıb
  06 Avqust 2018    Oxunub:12037
Azərbaycan çempionu "Qarabağ"ın BATE ilə oyununa 15 min bilet satılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun "Facebook" səhifəsində məlumat yerləşdirilib.

"Biletləri fan-şopumuzdan (Park Bulvar), Respublika stadionunun kassalarından, "28 Mall"dan və onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ"-BATE matçı avqustun 7-si, saat 21:00-da başlayacaq.

AzVision.az


Teqlər: UCL   QarabağFK   BATE  





Xəbər lenti