İranda mina partladı, 7 nəfər yaralandı

İranda mina partladı, 7 nəfər yaralandı
  19 Oktyabr 2013    Oxunub:1136
İranın Mərivan şəhəri yaxınlığında yerləşən Nişkaş kəndində İran-İraq müharibəsi dövründən qalmış minanın partlaması nəticəsində 7 məktəbli uşaq yaralanıb.
Məlumata görə, hadisə cümə günü axşamçağı baş verib. Azyaşlı bir uşaq minanı Nişkaş kəndinin ətrafında yerləşən və istifadəsiz qalmış hərbi bazadan tapıb. Uşaq minanı tapdıqdan sonra yaşadığı əraziyə aparır və uşaqlarla birlikdə mina ilə oynadıqları zaman partlayış baş verib.

Yaralılardan 4 nəfəri oğlan və 3 nəfəri isə qızdır. Onlardan ikisinin vəziyyəti ağırdır.

Xatırladaq ki, İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.(Trend)


Teqlər:





Xəbər lenti