Azercell Bərdədə yeni eksklüziv mağaza açdı

Bundan əlavə yeni mağaza abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərinin yardımı ilə istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Yeni konsepsiyalı mağazaların daha bir üstünlüyü şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatların burada icra olunmasıdır. Burada abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 3042, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) , Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) və Şamaxıda ( Ağamirzəli Əhmədov küçəsi 1) abunəçilərin ixtiyarına verilib.
Teqlər: Azercell