Milli yığma: inkişaf var, nəticə yox – TƏHLİL

Milli yığma: inkişaf var, nəticə yox – TƏHLİL
  19 Oktyabr 2013    Oxunub:1700
Bu həftə Azərbaycan milli komandası daha bir seçmə mərhələni geridə qoydu. Bununla da ümumilikdə 10-cu dəfə seçmə mərhələdə iştirak edən millimiz 5-ci dəfə qatıldığı dünya çempionatının seçmə mərhələsini başa vurdu.

DÇ-2014-ün qrup mərhələsi həm də bir məşqçinin rəhbərliyi altında keçirdiyimiz üçüncü seçmə mərhələ kimi yadda qaldı ki, bu da bir ilk idi. Xatırladaq ki, buna qədər 2008-ci ildən komandamızın “sükanı arxası”nda olmuş hazırkı çalışdırıcımız Berti Foqts iki qrup mərhələsində baş məşqçi postunu tutmaqla ilkə imza atmışdı.

Cari seçmə tsikldə 9 xal toplamaqla tarixində ilk imza atan millilərimizin sonuncu seçmə mərhələdəki daha bir uğuru isə ardıcıl dörd oyundan xallla ayrılması oldu. Bundan başqa, cari seçmə mərhələnin qrup dördüncüsü olmamamız baxımından da əlamətdar olduğunu söyləməliyik.

İndiyə kimi ən böyük uğurumuz sondan ikinci olmaq idi. Xatırladaq ki, yığma komandamız Avro-2000-in və 2010-cu ilin Dünya çempionatının seçmə mərhələsində sonuncu olmamışdı, hər iki halda Lixtenşteyn millisini qabaqlamaq mümkün olmuşdu.

Yenicə başa vurduğumuz seçmə mərhələdə komandamızın əvvəlki illərə nisbətən daha az top buraxması diqqət çəkdi. Əgər indiyə kimi bir qrup mərhələsində ən az məyus olduğumuz seçmə tsikl olan DÇ-2014-ün seçmə mərhələsində 14 dəfə rəqib tərəfindən cəzalandırılmışdıqsa, bu dəfə milli komandamızın qapısında gördüyü qol sayı 11-ə bərabər oldu.

Məğlubiyyətlərin sayına gəlincə, bu dəfə yenilgilərimizin sayı 3-ə bərabər oldu ki, bu da, ilk belə hal idi. Məlumat üçün bildirək ki, buna qədər komandamızın ən az məğlub olduğu seçmə mərhələ Avro-2004-ün seçmə mərhələsi idi ki, həmin vaxt yenilgilərimizin sayı 6-ya bərabər olmuşdu. Müqayisə üçün deyək ki, komandamız bir seçmə mərhələdə ən çox 9 oyunda məğlubiyyətlə üzləşib ki, bunlardan da birincisi qatıldığımız ilk seçmə turnir olan Avro-1996-nın qup mərhələsində, ikincisi isə Avro-2008-in seçmə mərhələsində qeydə alınıb. Amma məğlubiyyətlərin sayından danışarkən, Avro-1996-nın seçmə oyunları çərçivəsində 10, Avro-2008-in seçmə qrup mərhələsində isə 12 oyun keçirdiyimiz unudulmamalıdır.

Yığma komandamız son seçmə tsikldə 6 oyunda heç-heçə oynamaqla diqqət çəkdi ki, bu da ilk belə hal idi. Xatırladaq ki, 6 matçdan xalla ayrılan Berti Foqtsun komandası bu baxımdan sözügedən seçmə mərhələdə Avropa zonasında mübarizə aparan bütün yığmaları qabaqladı. Müqayisə üçün bildirək ki, buna qədər millimiz ən çox 3 dəfə “sülh” bağlamışdı ki, bu da 2006-cı ildə təşkil olunan dünya çempionatının seçmə oyunlarına təsadüf etmişdi.

Sonda isə yığma komandamızın indiyə qədər həm Dünya, həm də Avropa çempionatının seçmə mərhələsində göstərdiyi nəticələri sizə təqdim edirik.

AÇ-96

Rumıniya – Azərbaycan 3:0 (4:1)
Polşa- Azərbaycan 1:0 (0:0)
Azərbaycan-İsrail 2:0 (2:0)
Azərbaycan- Fransa 0:2 (0:10)
Slavakiya - Azərbaycan 4:1 (1:0)

DÇ-98

Norveç- Azərbaycan 5:0 (1:0)
Azərbaycan-İsveçrə 1:0 (0:5)
Azərbaycan–Macarıstan 0:3 (1:3)
Azərbaycan – Finlandiya 1:2 (0:3)

AÇ-2000

Slovakiya – Azərbaycan 3:0 (1:0)
Azərbaycan – Macarıstan 0:4 (0:3)
Lixtenşteyn – Azərbaycan 2:1 (0:4)
Portuqaliya-Azərbaycan 7:0 (1:1)
Azərbaycan-Ruminiya 1:0 (0:4)

DÇ-2002

Azərbaycan – İsveç 0:1 (0:3)
Makedoniya – Azərbaycan 3:0 (1:1)
Azərbaycan – Türkiyə 0:1 (0:3)
Slovakiya – Azərbaycan 3:1 (0:2)
Azərbaycan – Moldova 0:0 (0:2)

AÇ-2004

Azərbaycan – İtaliya 0:2 (0:4)
Finlandiya – Azərbaycan 3:0 (2:1)
Azərbaycan – Uels 0:2 (0:4)
Serbiya və Çernoqoriya – Azərbaycan 2:2 (1:2)

DÇ-2006

Azərbaycan – Uels 1:1 (0:2)
Avstriya – Azərbaycan 2:0 (0:0)
Azərbaycan – Şim. İrlandiya 0:0 (0:2)
Azərbaycan – İngiltərə 0:1 (0:2)
Polşa – Azərbaycan 8:0 (3:0)

AÇ-2008

Serbiya – Azərbaycan 1:0 (6:1)
Azərbaycan – Qazaxıstan 1:1 (1:1)
Portuqaliya – Azərbaycan 3:0 (2:0)
Belçika – Azərbaycan 3:0 (1:0)
Polşa – Azərbaycan 5:0 (3:1)
Azərbaycan – Finlandiya 1:0 (1:2)

DÇ-2010

Rusiya - Azərbaycan 2:0 (1:1)
Uels- Azərbaycan 1:0 (1:0)
Azərbaycan - Almaniya 0:2 (0:4)
Finlandiya-Azərbaycan 1:0 (1:2)
Azərbaycan-Lixtenşteyn 0:0 (0:2)

AÇ - 2012

Almaniya-Azərbaycan 6:1 (3:1)
Avstriya-Azərbaycan 3:0 (4:1)
Azərbaycan-Türkiyə 1:0 (0:1)
Belçika-Azərbaycan 4:1 (1:1)
Qazaxıstan-Azərbaycan 2:1 (2:3)

AÇ – 2012

Azərbaycan-İsrail 1:1 (1:1)
Portuqaliya - Azərbaycan 3:0 (2:0)
Rusiya - Azərbaycan 1:0 (1:1)
Şimali İrlandiya - Azərbaycan 1:1 (0:2)
Lüksemburq - Azərbaycan 0:0 (1:1)

Tural Məmmədov
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti